RU
18:16
1667

"Dedi, pulun yerini deməsən, sənin boğazını kəsəcəyik"

Ağsu rayonunda maskalı şəxslər yaşayış evinə basqın ediblər.

Hadisə rayonun Xatman kəndində baş verib. Naməlum şəxslər kənd sakini, 1937-ci il təvəllüdlü Hekayət Şanəsib oğlu Soltanovun evinə girərək, onu döyüblər. Əllərini iplə bağladıqdan sonra bıçaqla hədə-qorxu gələrək ondan pul tələb ediblər: "Ağzımı, qollarımı bağladı, axtardılar. Dedi, pulun yerini deməsən, sənin boğazını kəsəcəyik".

Oğrular evdə soyğunçuluq edərək 500 manat pulu, mis və alüminiumdan olan qab-qacağı da aparıblar. Zərərçəkənin sözlərinə görə, maskalılar 3 nəfər olublar. 78 yaşlı təqaüdçü bildirib ki, belə bir hadisə iki il öncə də onun başına gəlib. O zaman isə soyğunçular Hekayət Soltanovun 2 min manatını oğurlayıblar.

Ancaq həmin şəxslərin tapılması ilə bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticə verməyib: "Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, ciddi tədbir görsünlər və ciddi yanaşsınlar. Tezliklə bu cinayətin üstünü açsınlar", - deyə kənd sakiniAfəddin Nemətov bildirib.
İndi Ağsu Rayon Polis Şöbəsi bu hadisəni törədənlərin axtarışındadır./regiontv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ