RU
Dəfələrlə ictimai yerə çıxan koronavirus xəstəsi HƏBS EDİLDİ - FOTO/VİDEO
20:30
311

Dəfələrlə ictimai yerə çıxan koronavirus xəstəsi HƏBS EDİLDİ - FOTO/VİDEO

Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə sakini, virusun daşıyıcısı kimi qeydiyyatda olan Ramal Feyzullayevi marketə gedən zaman müəyyən ediblər.

 

Həmin şəxs barəsində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə tərəfindən Ramal Feyzullayev haqqında həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli rayonu Otuziki kənd sakini Yavər Zülfüqarova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. 

Lakin adıçəkilən şəxs yaşayış yerini tərk edərək, rayon mərkəzinə gəlib və digər insanlar üçün real təhlükə yaradıb. 

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Y.Zülfüqarovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib. 

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün İmişli Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

 

Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunundan verilən məlumata görə, Qazax rayonunun Ağköynək kəndində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan şəxsin törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ