Fevralın 28-də Suriyanın İdlib şəhərində hücum nəticəsində şəhid olan komandir Birhan Erin dəfn mərasimindən qayıdan qadın deputat qəzaya düşüb.
Sonxeber.az xəbər verir ki, hakim "Ədalət və İnkişaf" partiyasının deputatı Çiydəm Koncagül şəhid olan komandirin dəfn mərasimindən qayıdan zaman qəzaya düşüb.
Qəza nəticəsində Çiydən Koncagül yüngül xəsarət alıb.
Başqa avtomobillə Muratlı Dövlət Xəstəxanasına aparılan deputat həkimlərin müdaxiləsindən sonra evə buraxılıb.

7News.Az








