RU
Dəfn olunan naməlum şəhid qəbrləri ekshumasiya edilib -  FOTO
14:09
159

Dəfn olunan naməlum şəhid qəbrləri ekshumasiya edilib - FOTO

Gəncə şəhidlər xiyabanında dənf edilən və bu günə kimi şəxsiyyəti dəqiqləşdirilməyən şəhidlərin qəbirləri ekshumasiya olunub. 7NEWS.az-ın  yerli bürosunun verdiyi məlumata görə, məzarlar xüsusi lentə alınıb, həmçinin məzarlardan nümunələr götürülüb. Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq ekspertizaya aparılıb. Gəncə şəhərində   49 naməlum əsgər məzarı var.  Məlumat üçün bikldirə ki,  bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib. Naməlum şəhid qəbrlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.
 
7News.Az
 





 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ