Hindistanda qəribə hadisə baş veri
7News.az "Mirror"a istinadla bildirir ki, 18 yaşlı qız mədə ağrısı ilə xəstəxanaya yatırılıb. Onun ailəsi həkimlərə bildirib ki, qız nə yemək yeyə bilir, nə də su içə bilir.
Həkimlər qızı əməliyyat ediblər. Onlar qızın mədəsindən 1 metr uzunluğu və ağırlığı 2.5lbs (1.2 kq) olan saç kütləsi çıxarıblar.
Həkimlərin dediyinə görə, qızın mədəsindən çıxardıqları kütlə mədədə yığılan dünyanın ən uzun və ağır saç kütləsidir.
Qeyd edək ki, qızın öz saçını yemək kimi pis vərdişi olub.
Ürəyi zəif olanlar şəklə baxmasınlar.
7News.az












