Türkiyə, Kocaelidə iki dəfə nişan pozduğu üçün atası və qardaşı tərəfindən öldürüldüyü iddia edilən İsrail vətəndaşı Sıwar Keblawinin (22) eyvandan düşərək,yoxsa atılaraq həyatını itirrməsinin səbəbi müəyyən olunmayıb.
Ancaq prokurorluq hər iki müttəhim üçün adam öldürməkdən ağırlaşdırılmış ömürlük həbs istəyib.
Zekharya Keblawi qızı Sıwar Keblawi ilə 2018-ci ildə Türkiyəyə gələrək Kocaeli şəhərinə yerləşib.
Atanın bildirdiyinə görə Sıwar öz ölkəsində iki dəfə nişanlanıb, ancaq hər ikisini də pozaraq evlənməyib. Ailəsi isə onlara müqavimət göstərən Sıwarı öldürmək istəyib. Prokurorluğun tapdıqlarına görə Yəhya Keblawi (34), 5 fevral 2019-da İsraildən hərəkət edərək Türkiyəyə giriş edib. İzmitə gedib atası ilə görüşən Yəhya Keblawi, həmin gün axşam saatlarında də Sıwar ilə atasının yaşadığı evə gəlib. Zekharya Keblawi baş verənləri belə izah edib:
"Qızım nişanı pozduğu üçün ailə tərəfindən öldürülməsi tələb olundu. Bu üzdən qızımla Türkiyəyə gəlib məskunlaşdım. Yəhya məni arayaraq təhdid edib Ziwarın yerini soruşdu. 5 fevralda təkrar axtardı. Türkiyədə olduğunu və ünvanımızı bildiyini söylədi. Həmin gün axşam qapı döyüldü. Qızım, qapını açdı. Yəhyanı görəndə otağına qaçdı. Yəhya, Sıwara hücum etdi. Yəhyanı tutmaq istədim, amma məni itələdi. Qapını sındırıb Sıwarın otağına girdi. Sıwarın eyvandan bağa düşdüyünü gördüm. Sıwarı alaraq evə çıxarmdıq. Xarici olduğumuz üçün təlaşa düşdük. Sonra qonşuların təşəbbüsü nəticəsində təcili tibbi yardım maşını çağırılıb".

Yəhya Keblawi isə ifadəsində bunları deyib: "Atam məni bacımı İsrailə aparım deyə çağırdı. Hadisə günü atam ilə görüşdüm. Onun göstərişi ilə evə gəldim. Qapını atam açdı. Bacım İsrailə getmək istəmədi. Mübahisə üzərinə bacım əsəbləşib otağına qalxdı. Qapını kilidlədi. İntihar edəcəyindən şübhələnərək qapını sındırdım. Ancaq o pəncərədən aşağı atılıb. Atam ilə aşağı enərək bacımı təkrar evə çıxardıq. Təlaşa düşdük. Bacımın dəfn əməliyyatları üçün İsrailə getməyə qərar verdim. Oteldə olanda tutuldum".
Prokuror iddianamədə, Sıwarın qəsdən, yoxsa öz-özünə eyvandan düşdüyünün müəyyən olunmadığını ifadə edib.
7News.Az








