Ağdam rayonunda 68 yaşlı qadına təcavüz edilib.
Rayon sakini 68 yaşlı B.İ rayonun Zəngişalı kənd sakini 32 yaşlı Məmmədov Xəyal Mehtixan oğlu tərəfindən zorlanıb. Bu barədə Ağdam rayon Poliş Şöbəsinə zərərçəkənin qızı məlumat verib.
Fakt polis tərəfindən araşdırıldıqdan sonra hadisədə təqsirli bilinən M.Xəyal Ağdam polisi tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Polis şöbəsindən Cebhe.info-ya bildiriblər ki, saxlanılan şəxs hadisəni törətdiyini etiraf edib və həmin zaman spirtli içkinin, eləcə də narkotik maddənin təsiri altında olduğunu deyib.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başladılıb.//cebhe.info
7News.az








