Türkiyə Adanada 76 yaşlı bir qadın evə girən 20-25 yaşlarındakı bir manyak tərəfindən cinsi istismara məruz qalıb. Yaşlı qadının qışqırması ilə qorxub, qaçan manyakın yaxalanması üçün araşdırma başladılıb.
Adanada tək başına yaşayan 76 yaşlı M.F adlı qadın axşam saatlarında evində qəribə səslər eşidib. Daha sonra o, evində tanımadığı bir şəxslə qarşılaşıb. Şübhəli gənc soyuducu təmiri üçün gədiyini dedikdə M. F belə bir şey tələb etmədiyini bildirib.
Şübhəli gənc "bilirəm məni sevirsən. Mən də səni sevirəm" deyərək yaşlı qadına hücum çəkib. Manyak qadının qışqırması ilə hadisə yerindən qaçaraq uzaqlaşıb.
Qışqırıq səslərini eşidən məhəllə sakinləri hadisəni qadının yaxınlarına və polisə xəbər veriblər. Yaşlı qadının ifadəsi alındıqdan sonra polislər şübhəli gəncin yaxalanması üçün araşdırma başladıb.
7news.Az








