DƏHŞƏT: Həbsdən çıxan kimi bir qızı belə zorladı, digərini isə zorlamağa cəhd etdi -VİDEO
Ankarada 1992-ci il təvəllüdlü gənc oğlan təcavüz və cinsi cinayətlərə görə girdiyi həbsxanadan çox qısa müddət idi ki, azad edilmişdir.
7News.Az Türkiyə mətbauatına istinadən xəbər verir ki, İ.A adlı gənc oğlan oxşar cinayətləri törətməyə davam edir. Belə ki, o indi də 2 məktəbli qızı hədəfə alıb.
Məlumata görə, gənc oğlan ilk olaraq məktəbli qızı izləyib ətrafda insanların olmadığı bir anda gənc qıza arxadan sarılaraq, təcavüzə cəhd edib. Gənc qızın fəryadını eşidən insanlar ora taoplaşıb, A., hadisə yerindən qaçıb.
Pozğun, 24 saat keçmədən eyni gün Ankaraya bir ictimai təşkilatının imtahanı üçün gələn gənc qızı mindiyi avtobusda təqib etməyə başlayıb. Qızın yolu tanımadığını başa düşən oğlan ona kömək məqsədi ilə yaxınlaşıb. Yolda bir müddət irəliləyən və ətrafda insanların olmadığını anlayan pozğun A., gənc qıza bir anda hücum edib. Hücum qarşısında şok olan və qışqırmağa başlayan gənc qız, bütün səyinə baxmayaraq pozğun İ.A.dan xilas ola bilməyib və təcavüzə uğrayıb.