RU
Dəhşət! Hər şey sevgilisi gələndən sonra baş verdi - FOTOLAR
16:50
423

Dəhşət! Hər şey sevgilisi gələndən sonra baş verdi - FOTOLAR

Bursada son dəfə danışmaq üçün evinə çağırdığı sevgilisiylə mübahisə edən gənc qadın mətbəxdən götürdüyü meyvə bıçağı ilə sevgilisinin üstünə yeriyib.

Hücumdan qorunmaq üçün özünü otağa kilitləyən keçmiş sevgilisinə əsəbiləşərək sinir böhranı keçirən gənc qadın əlindəki bıçağı öz qarnına sancıb. Hadisə yerində aparılan ilk müdaxilənin ardından yaralı qadın qarnına sancdığı bıçaqla birlikdə xəstəxanaya aparılıb.

Hadisə Bursanın Nilufər Rayonu, Dumlupınar Məhəlləsi, Cemre Küçədə gecə saatlarında baş verib. Verilən məlumata görə, Bircan C. (20) ayrıldığı sevgilisi Timuçin A.Y-ı (45) son dəfə danışmaq üçün evinə çağırıb. Bir müddət danışdıqdan sonra ikili arasında dava çıxıb.

Gənc qadın Timuçin A-ya mətbəxdən götürdüyü bıçaqla hücum edib. Təcavüzkar şəxsdən qorunmaq üçün özünü otağa kilidləyən Timuçin A. vəziyyəti polisə xəbər edib.

Keçmiş sevgilisinin özünü otağa kilitləməsi ilə sinir böhranı keçirən qadın bıçağı qarnına sancıb. Gələn səslər üzərinə qonşular vəziyyəti polis və səhiyyə dəstələrinə bildirib.

Timuçin A.Y-ı ifadəsi alınmaq üçün polis mərkəzinə aparıblar.

Sinir böhranı keçirərək özünə bıçaq sancan Bircan K.-nın həyatı təhlükəsinin olmadığı öyrənilərkən, hadisə ilə bağlı istintaq başlayıb./ metbuat


Dəhşət! Hər şey sevgilisi gələndən sonra baş verdi - FOTOLAR
Dəhşət! Hər şey sevgilisi gələndən sonra baş verdi - FOTOLAR
Dəhşət! Hər şey sevgilisi gələndən sonra baş verdi - FOTOLAR
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ