RU
Dəhşət: Sevgilisinə əsəbiləşib 15 aylıq körpəsini döydü, uşağın beyninə qan sızdı - FOTO
14:20
279

Dəhşət: Sevgilisinə əsəbiləşib 15 aylıq körpəsini döydü, uşağın beyninə qan sızdı - FOTO

Adanada qadın sevgilisi onunla maraqlanmadığına görə 15 aylıq körpəsini döyərək öldürüb. 

7News.AzTürkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı Aysel.Y qeyri-rəsmi münasibətdə olduğu 48 yaşlı sevgilisi İlhami.K-nın ona diqqət göstərməməyindən əsəbiləşərək 15 aylıq körpəsi Əminəni vəhşicəsinə döyüb.

Bundan sonra qadın sevgilisinə zəng edərək uşağın vəziyyətinin pisləşdiyini və nəfəs almaqda çətinlik çəkdiyini bildirib. Evə gələn İlhami.K təcili tibbi yardıma xəbər verib. 

Təcili tibbi yardımın həkimləri körpənin öldüyünü və onun bədənində döyülmə izlərinin olduğunu bildirib. 

Polisə xəbər verən həkimlər körpənin döyülmə nəticəsində beyinə qan sızdığını bildirib. 

Aysel.Y uşağı döymədiyini və yıxıldığını iddia edib. 

Daha sonra qadın uşağını döydüyünü etiraf edib. Bildirib ki, həmin günü yemək bişirən zaman Əminə dəcəllik edib və ağlamağa başlayıb: "Bu zaman körpənin üzünə bir-iki dəfə sillə vurdum. Bundan sonra heç nə xatırlamıram". 

Dəhşət: Sevgilisinə əsəbiləşib 15 aylıq körpəsini döydü, uşağın beyninə qan sızdı - FOTO
Dəhşət: Sevgilisinə əsəbiləşib 15 aylıq körpəsini döydü, uşağın beyninə qan sızdı - FOTO
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ