RU
Dəhşət: Tanımadığı 7 nəfəri bıçaqlayaraq öldürdü
14:20
169

Dəhşət: Tanımadığı 7 nəfəri bıçaqlayaraq öldürdü

Ötən gün səhər saatlarında Çinin Liaoning əyalətinin Kayhan şəhərində bir nəfər ətrafdakı insanlara bıçaqla hücum edib.

7News.Az xəbər verir ki, bu barədə Çinin dövlət mediası məlumat yayıb. Açıqlamaya görə, Yanq soyadlı şəxs 7 nəfəri qətlə yetirib. 

Hazırda faktla bağlı araşdırma aparılır. Polis hücumun səbəbini və itkilərin təfərrüatını açıqlamayıb.

Qeyd edək ki, son illər Çində bıçaqlı hücumların sayı artıb. Belə ki, 2017-ci ildə bir nəfər uşaq bağçasına hücum edərək, 11 şagirdi bıçaqla yaralayıb. Ən pis bıçaqlı hadisə isə ölkədə 2010-cu ildə qeydə alınıb. Həmin dövrdə ardıcıl olaraq üç gün məktəblərə bıçaqlı hücumlar təşkil edilib. Bundan sonra ölkənin Təhsil Nazirliyi kənar şəxslərin kampuslara girməsinin qadağan olunması ilə bağlı qərar qəbul edib. 2018-ci ilin oktyabr ayında bir qadın mətbəx bıçağı ilə uşaq bağçasına girərək 14 uşağı kəsib. Bu ilin iyun ayında isə ölkədə ibtidai məktəblərdən birinə bıçaqlı hücum olub və 37 uşaq, 2 yetkin şəxs yaralanıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ