RU
 DƏHŞƏT!- Üzünü, cinsi orqanını yandırdılar - Qaynar su tökdülər...
14:11
501

DƏHŞƏT!- Üzünü, cinsi orqanını yandırdılar - Qaynar su tökdülər...

Türkiyədə 17 aylıq körpənin dəhşətli işgəncəyə məruz qalması ilə bağlı məhkəmə prosesi davam edir.

Bir müddət əvvəl evdə körpənin yüksək səslə ağladığını eşidən qonşular mənzilə daxil olmağa çalışsa da buna müvəffəq olmayıblar. Məsələdən xəbər tutan körpənin nənəsinin müdaxiləsi nəticəsində sakinlər evə girə biliblər. Səhhətində ciddi problemlər olan uşaq dərhal xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, naməlum şəxs və ya şəxslər körpənin üzünü, cinsi orqanını siqaret közüylə yandırıb. Əlləri bağlı vəziyyətdə saxlanılan uşağın üzərinə qaynar su tökülüb.

Hadisə barədə araşdırma aparan polis, körpənin valideynlərini nəzarətə götürüb. Ədliyyə orqanları hadisənin onların törətdiyini güman edir. Uşağın ağır durumundan polis mərkəzində xəbər tutduğunu iddia edən valideynlər, şərti azadlığa buraxılıb. Asayiş keşikçiləri hadisənin onlar tərəfindən törədilməsinə dair hələ ki, dəlil əldə edə bilməyib. Hazırda vəziyyəti normal olan körpə, müvafiq qurumların himayəsində saxlanılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ