RU
DƏHŞƏTLİ CİNAYƏT! - Qadının meyiti qayıqdakı dondurucuda tapıldı
17:20
16

DƏHŞƏTLİ CİNAYƏT! - Qadının meyiti qayıqdakı dondurucuda tapıldı

Balıqçılıq sığınacağında bağlı vəziyyətdə tapılan qayığın dondurucusunda qadın meyiti tapılıb.
 
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İzmir bölgəsində baş verib.
 
Şübhəli şəxsin cəsədin iyi gəlməməsi üçün qayığa buz torbaları daşıdığı və hadisədə şübhəli olan qayıq sahibinin nəzarətə alındığı öyrənilib.
 
Qayıqda cəsəd ola biləcəyi xəbərini eşidən polis qrupları vaxt itirmədən ünvana gəliblər. Qayığı araşdıran qruplar dondurucudan 26 yaşlı qadına aid cəsəd tapıblar. Çıxarılan cəsəd ekspertiza üçün morqa aparılıb.
 
Nəzarətə alınan şübhəlinin cəsədin iyi gəlməməsi üçün qayığa buz torbaları daşıdığı öyrənilib və hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ