RU
DƏHŞƏTLİ HADİSƏ: 15 yaşlı qızı 13 gün zorladılar
10:11
19438

DƏHŞƏTLİ HADİSƏ: 15 yaşlı qızı 13 gün zorladılar

Hindistanın şimalında yerləşən West Delhidə yaşayan, əsl adı dəyişdirilərək adı Poonam olaraq mətbuata açıqlanan 15 yaşındakı qız, 22 noyabr günü axşam saatlarında mağazaya getmək üçün evindən çıxıb. Lakin gənc qız evə qayıtmayıb. O, 3 nəfər tərəfindən qaçırılıb və 13 gün boyunca təcavüzə məruz qalıb.

Üç cinayətkardan biri olan, eyni zamanda Poonamın tanıdığı Krishan adlı oğlan, gənc qızı zorla avtomobilə mindirərək evindən təxminən 30 km uzaqlıqdakı Salempur Gurjar kəndi yaxınlığındakı tərk edilmiş bir fermaya gətirib.

15 yaşlı qızın evə dönmədiyini görən ailə isə o gecə polisə müraciət edərək qızlarının qaçırıldığını bildirib.

Adları açıqlanmayan iki şəxs və 18 yaşlı Krishan, gənc qıza 13 gün boyunca təcavüz ediblər.

Təcavüzə məruz qalan zavallı qız qışqıraraq kömək istəsə də, olduğu yer yaşayış yerinə uzaq olduğundan onun imdad fəryadını heç kim eşitməyib. 13 gün sonra, 5 dekabr gecəsi üç təcavüzkar, Poonama onu sərbəst buraxacaqlarını söyləyərək avtomobilə mindiriblər. Təcavüzkarlar Tughalpur kəndi yaxınlığında bir bulaqdan su içmək üçün avtomobili saxladıqda gənc qız, qaçma şansı əldə edib. Bunu fərqinə varan Krishan, qaçaraq gənc qızı tutub və belində daşıdığı silahla iki dəfə atəş açıb. Hadisə nəticəsində Poonam sinəsindən yaralanıb. Gənc qızın öldüyünü zənn edən təcavüzkarlar, onu 9 metr dərinliyindəki bir quyuya atıbar.

Gənc qız 9 metr dərinlikdəki quyuda gecənin dondurucu soyuğunda saatlarca qışqıraraq kömək istəyib. Sonda Babbal Bhat adlı kəndli, talehsiz qızın kömək fəryadını eşidib. Bhat bildirib ki, qızı quyudan bir iplə çıxararkən o ağlayırdı və üstü-başı qan içində idi. Kəndli qızı motosikletlə ən yaxın olan bir xəstəxanaya aparıb. Vəziyyətinin kritik olmasına baxmayaraq şüurunu qoruyan Poonam, xəstəxanada polislərə başına gələnləri danışıb. Polis yaralı qızın ifadəsi əsasında təcavüzkarları tutub.

Polis şefi Laxmi Chauhan, Poonamın 12 millimetrlik bir tapançayla yaxın məsafədən vurulduğunu, lakin güllələrin orqanlara zərər vermədiyini bildirib. Bazar ertəsi günü mətbuata açıqlama verən edən həkimlər Poonamın əməliyyat edildiyini, vəziyyətinin hələ də ciddi olduğunu deyiblər./bizimyol

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ