RU
Dəhşətli hadisə: Hava şarında olan 4 nəfər öldü
14:50
36

Dəhşətli hadisə: Hava şarında olan 4 nəfər öldü

İsti hava şarı ilə əylənmək istəyən turistlər ölüblər.
    
7News.Az Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-nin Arizona ştatının Feniks şəhəri yaxınlığındakı Eloy qəsəbəsində dəhşətli hadisə baş verib.

Mənzərədən zövq almaq istəyən turistlərin hava şarı yerə çırpılıb.
 
Şarın niyə düşməsi ilə bağlı hələ heç bir açıqlama verilməsə də, səlahiyyətlilər araşdırmaların davam etdiyini açıqlayıb.

Polisin verdiyi açıqlamada 4 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib.
 
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Aviasiya Administrasiyasının araşdırma apardığı açıqlanarkən, ölənlərdən birinin ailəsi tərəfindən şəxsiyyətinin müəyyən edildiyi və 28 yaşlı tibb bacısı Katie Bartrom olduğu açıqlanıb.

Həmçinin bildirilib ki, digər zərərçəkənlərin kimliyi onların yaxınlarına xəbər verilənə qədər gizli saxlanılacaq.
 
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ