Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatında sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.
Bu barədə 7News.Az Rusiya KİV-nə istinadən xəbər verir.
Ən son məlumatlara əsasən ölən şəxslərdən 80-nın cəsədinin kimliyi müəyyənləşdirilib. Onların hamısı Hindistan vətəndaşlarıdır və ölkənin 4 ştatının - Uttar Pradeş, Madhya Pradeş, Bihar və Maharaştra sakinləridir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.








