Moskva ətrafında yerləşən Padolsk şəhərində ata öz övladlarını- 10 aylıq qızını və 4 yaşlı oğlunu doğrayaraq, xüsusi amansızlıqla qətlə yetirib.
Uşaqların faciəvi ölümü haqqında məlumat 18 oktyabr saaat 20.30-da qatilin həyat yoldaşı tərəfindən verilib. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Məlum olub ki, 30 yaşlı ata uşaqlarına çoxlu sayda bıçaqla xəsarət yetirərək öldürüb. Daha sonra yoldaşını da öldürmək istəyən qəddar ata özünə də qəsd etməyə çalışıb. Lakin həmin vaxt evdə olan qardaşı oğlu buna imkan verməyib./atv
7news.az








