RU
DƏHŞƏTLİ QƏTL: Onunla dalaşan dostunu yatdığı yerdə...- İstanbulda
13:06
561

DƏHŞƏTLİ QƏTL: Onunla dalaşan dostunu yatdığı yerdə...- İstanbulda

İstanbulda inşası davam edən üçüncü hava limanının tikintisində işləyən bir işçi dava etdiyi dostunu vəhşicə öldürüb.

Dostların mübahisəsi zamanı digər yoldaşları onların əlbəyaxa olmasına mane olublar. Lakin qətlin qarşısını ala bilməyiblər. Belə ki, əsəbləri soyumayan gənc dostu yatan vaxt gizlicə benzin tökərək otağa od vurub.
 
Hadisə nəticəsində yanaraq həlak olan Mehmet Aytaç dəfn olunmaq üçün doğulduğu Diyarbəkir şəhərinə göndərilib.
 
Xatırladaq ki, dostlar işlədikləri inşaat şirkətinin yaxınlığında yerləşən mənzildə birgə yaşayırmışlar.
 
Şəxsiyyəti açıqlanmayan cinayətkar barəsində Türkiyə polisi cinayət işi açıb./publika.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ