Rusiyanın Yaroslavl əyalətində dəhşətli qəza baş verib.
Bu barədə "REN TV” məlumat yayıb.
Qəza zamanı motosiklet və avtomobil toqquşub. Toqquşma nəticəsində motosikleti idarə edən şəxs təxminən 15-20 metr kənara düşüb, qəza nəticəsində hətta onun ayaqqabıları belə ayağından çıxıb.
Qəza zamanı avtomobil sürücüsü xəsarət almayıb. Motosikleti idarə edən şəxsin isə qabırğası və ayağında sınıqlar olduğu bildirilir.








