RU
Dəhşətli qəzada həlak olan məşhur həkimmiş
10:25
6118

Dəhşətli qəzada həlak olan məşhur həkimmiş

Xəbər verdiyimiz kimi, dünən Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"KİA" markalı minik avtomobili "VAZ" markalı maşınla toqquşub. Nəticədə, "KİA" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əkbərov Əli Əsəd oğlu, həyat yoldaşı 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

Əli Əkbərov kardioloq olub. O, Bakının məşhur klinikasında işləyirmiş.

Elə maşında da həyat yoldaşı Leyla, 2 aylıq övladları Yunus Əkbərov və qayınatası Yunus Əsgərxan oğlu Salahovla bərabər olub. 

Qəza nəticəsində Əli Əkbərov xanımı Leyla ilə dünyasını dəyişsə də, 2 aylıq Yunusun sağ qaldığı deyilir./regiontv

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ