Fransız polisi Nitsada baş vermiş dəhşətli terror aktı ilə bağlı araşdırmalarını davam etdirir.
Artıq terroru törətməkdə şübhəli bilinən Məhəmməd Lahuaec Buhlelin evinin yeri də müəyyən edilib. Hüquq-mühafizə orqanları sözügedən mənzildə axtarış aparıblar.
Evdən yayılmış fotolara əsasən, Tunisdən olan 31 yaşlı Məhəmməd sadə, 4 otaqlı mənzildə yaşayıb. Onun evi kifayət qədər ciddi dizayn olunub.
Son məlumatlara görə, polis terrorçunun idarə etdiyi yük maşınını şübhəli bilərək saxlamağa çalışsa da, sürücü dondurma daşıdığını deyərək mühafizəçiləri aldada bilib.
Qeyd edək ki, Nitsadakı terrorda 84 nəfər ölüb, 100-dən çox yaralı var. Ölü sayının artacağı istisna deyil./qafqazinfo
7news.Az













