Əlcəzairin cənubunda baş verən ağır yol qəzasında 20 nəfər həlak olub.
Bu barədə TSA internet qəzeti ölkənin xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, "Toyota” avtomobili Tamanrasset əyalətinin İn-Amqel rayonunda idarəetmədən çıxaraq aşıb. Ölənlərdən yalnız biri Əlcəzair vətəndaşıdır. Digərlərinin hamısı Afrikanın başqa ölkələrindən gələnlərdir.
Qəza zamanı həmçinin 11 nəfər xəsarət alıb. Məlumata görə, yaralılar da əcnəbilərdir.








