Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Muradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Ənvər Seyidovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Ə.Muradov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən Ə.Muradov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib. O, bir neçə şəxsə müxtəlif vədlər verərək onlardan külli miqdarda pul alıb və mənimsəyib. Söz verdiyi vədini isə yerinə yetirməyib./qafqazinfo
7news.Az








