RU
Dələduzluqda təqsirləndirilən qadının məhkəməsi yekunlaşdı
18:07
482

Dələduzluqda təqsirləndirilən qadının məhkəməsi yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzu Balayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7News.az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Bayayeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Balayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ