RU
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi
12:21
467

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz olaraq narkotik vasitə saxlamaqda təqsirləndirilən Rahib Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Tağıyev 3 min manat cərimə olunmaqla 1 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

İttihama görə, R.Tağıyev Maarif Məmmədov və Əli Piriyev adlı şəxsləri Heydər Əliyev Beynəlxalq Hava Limanında işə düzəltmək adı ilə aldadıb. O, M.Məmmədovdan 7500, Ə.Piriyevdən 10000 manat alıb. Bundan əlavə, saxlanılan zaman onun üzərində marixuana aşkar edilib. İstintaq və məhkəmə zamanı R.Tağıyevin barəsində həbs qətimkan tədbiri seçilməyib./trend

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ