RU
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
16:18
431

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nazim Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə N.Orucova 3 il sınaq müddəti olmaqla şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, N.Orucov vətəndaşın 15 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Məhkəmə zamanı o, dəymiş ziyanı geri qaytarıb./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ