RU
Dələduzluğu qadına baha başa gəldi
19:10
587

Dələduzluğu qadına baha başa gəldi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xanım İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

7news.Az Report-a istinadən bildirir ki, hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.İbrahimova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, X.İbrahimova vətəndaşların pulunu dələduzluq yolu ilə əldə edərək, qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ