RU
Dəm qazı yenə can aldı
12:50
547

Dəm qazı yenə can aldı

Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.

7News.Az-ın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3.00 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb. 

Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ