RU
Dəməşqdə baş verən güclü partlayış Suriyanı işıqsız qoydu - VİDEO
13:50
224

Dəməşqdə baş verən güclü partlayış Suriyanı işıqsız qoydu - VİDEO

Dəməşqdə qaz boru kəmərində güclü partlayış baş verib. Bu səbəbdən Suriyada ölkə boyu bütün ərazilərdə elektrik enerjisində kəsilmələr müşahidə olunub.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

 

Bildirilir ki, hakimiyyət terror hücumu ehtimalını qəbul edir. 

Partlayış üç stansiyaya ziyan vurub. Hazırda mütəxəssislər problemi aradan qaldırmağa çalışırlar.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ