RU
Dəmirçiçay üzərində tikilən yeni körpünün açılışı olub – FOTO
19:00
643

Dəmirçiçay üzərində tikilən yeni körpünün açılışı olub – FOTO

Bu gün Şamaxı rayonunun Dəmirçi kəndinədə, eyni adlı çayın üzərində tikilmiş körpünün açılış mərasimi keçirilib.

SOCAR-dan 7news.Az-a verilən məlumata görə, açılış mərasimində adıçəkilən şirkətin prezidenti Rövnəq Abdullayev, "BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrell, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dəmirçi çayı üzərində tikilmiş körpü ümumi əhalisi 1 000 nəfərə qədər olan 3 kəndi Şamaxı rayonunun mərkəzi ilə əlaqələndirəcək.

Kənd sakinləri qarşısında çıxış edən R.Abdullayev deyib ki, körpünün inşası prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilib: 

"İnfrastrukturun yeniləşməsi nəticəsində tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək”.

SOCAR prezidenti daha sonra vurğulayıb ki, dövlət başçısının göstərişi ilə Şamaxı rayonunun kəndlərinin bütün infrastrukturu yenilənəcək, bütün evlərin dam ortüyü, darvazaları, elektrik və qaz xətləri yenilənəcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ