Demokratik Gənclər Hərəkatı yaradılır. Qısa zamanda yaradılan hərəkata, bir - neçə siyasi partiya sədrlərində və demokratik təşkilatlardan da dəstək gəlib.
DGH-nın rəhbəri İsmayıl İslamoğlu, bu gün, feysbuk sosial şəbəkəsindəki öz profil səhifəsində geniş bəyənat yayıb. Həmin bəyənatı öz oxucularımıza çatdırırıq.
"Demokratik Gənclər Hərəkatının məqsəd və məramını,bütün cəmiyyətə açıq formada çatdırırıq. Bu təşkilatın yaranması milli ruhda, mübarizədən çəkinməyən və demokratik Azərbaycan görmək istəyən gənclərin təşəbbüsü və birləşməsi nəticəsi ilə baş tutub.
Demokratik Gənclər Hərəkatı, Azərbaycanda bütün müxalifət partiyaları və siyasi təşkilatlarının birliyinə önəm verən hərəkatdır.
Hal - hazırda gənclərdən ibarət təşkilatlanma işlərini aparan hərəkatımızın yaxın günlərdə geniş qurultayı və mətbuat konfransı keçiriləcək.
Biz Demokratik Gənclər Hərəkatı olaraq, hesab edirik ki, siyasi bölgü ilə heç bir zaman meydanlarda birləşmək mümkün deyil. Elə bu səbəbdən, müxalif və azadlıq istəyən kütlələri müxtəlif ideologiyalarla bölməklə, müxalifət arasındakı intiriqaları yaratmaqla mövcud hakimiyyətə qarşı mübarizə aparıb, hansısa nəticəni əldə etmək mümkün deyil. Əgər müxalifət partiyaları mitinq keçirirsə, bu mitinqlərdə birgə iştirak etmək, izdihamla meydanlara toplaşmaq, cəmiyyətin yeganə çıxış yoludur. Hər hansısa siyasi mövqe bölgüsünə qarşıyıq. Xalqını, millətini və vətəninin gələcəyini düşünən istənilən demokratik qüvvələrin qarşıdan gələn 2018-ci il prezident seçkilərinə birgə etirazını, saxta seçkilərin davamına qarşı birgə mübarizəsini dəstəkləyirik.
Gənclik bu ölkənin gələcəyidir və bu gəncliyin birləşməsi, güc təşkilatına çevrilməsi heç bir müxalif qüvvələrdə qısqanclıq yaratmamalı, əksinə, gəncliyə dəstək nümayiş etdirilməlidir ki, bu gənclik də zamanında doğru addımlarla, gələcəyə ümidlə baxaraq, cəmiyyətdə doğru fikrin formalaşmasında öz rolunu oynasın.
İstəyimiz ədalətli qərarların qəbulu, korrupsiyanın aradan qaldırılması, normal hakimiyyətin yaradılması və azadlığın, demokratiyanın bərqərar olmasıdır"
Hörmətlə:
Demokratik Gənclər Hərəkatı (DGH)
7news.Az








