RU
Ödənişli yolda növbəti qəza: BMW tanınmaz hala düşdü - VİDEO
13:10
65

Ödənişli yolda növbəti qəza: BMW tanınmaz hala düşdü - VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşaraq tanınmaz hala düşüb.

Hadisə nəticəsində xəsarət alan olub-olmaması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində də ölümlə nəticələnən avtomobil qəzaları baş vermişdi.

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ