RU
Dənizdə 10 nefçinin həyatına son qoyan faciənin əsl səbəbi nə olub?
23:39
613

Dənizdə 10 nefçinin həyatına son qoyan faciənin əsl səbəbi nə olub?

15 dekabr 2016-cı il səhər saatlarında  Azərbaycan Respublikası  Dövlət  Neft  Şirkəti "Azneft” İstehsalat Birliyinin Xəzər dənizində yerləşən Nəriman Nərimanov adına NQÇİ-nin neft yığım məntəqəsində estekadanın uçması səbəbindən 10 nəfər neftçi itkin düşdü. Bir gün sonra itkin düşən neftçilərdən birinin nəşi  tapılaraq  yaxınlarına təhvil verildi. Hazırda qalan 9 neftçinin axtarışları davam etdirilir.
 
Hadisə baş verən gün "SOCAR”a istinadla xəbərlər yayıldı ki, estakada   küləyin surətinin çox güclü  olması səbəbindən uçub .Ardınca mətbuatda, sosial şəbəkələrdə müzakirələr aparıldı,  müzakirələrə qoşulan tərəflərdin bir-birini qınayanlar da oldu.Hətta  "neftçilərin "spes odejdası” olsaydı, sağ qalma ehtimalı daha çox olardı”,deyənlər də tapıldı .Amma ,haradasa nəzərə alınmadı ki, bəzən suda batmamaq üçün geyinilən geyimlər belə  estakada uçan zaman işə yaramır. Çünki estakada ilə bərabər yüksək gərginlikli 380 voltdan yuxarı olan elektrik naqilləri də qırılaraq dənizə tökülür.
 
1 nəfərin ölümünə, 9 nəfərin itkin düşməsinə səbəb olan bu qəza barəsində daha obyektiv  və  əhatəli fikirləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı səsləndirdi. Daha doğrusu o, da mühəndisi nöqteyi-nəzərdən baş verən qəza barəsində demək olar ki, danışmadı.
 
Hadisənin sabahı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qəzaya etinasız yanaşmayacağına dair mövqe sərgilədi. Ölkə prezidenti estakadanın hansı səbəbdən  uçmasının Respublika Prokurorluğu tərəfindən  araşdırılmasına dair sərəncam imzaladı.
 
N.Nərimanov adına NQÇİ-nin neft yığımı məntəqəsində baş verən bu qəza hadisəsi müəyyən suallar  doğurur  və bu suallar müəyyən qənaətin üstündə dayanmağa əsaslar yaradır. Onu da bəri başdan qeyd edək ki, "SOKAR” estakadanın qəzalı vəziyyətdə olmasına dair indiyə kimi fikir səsləndirməyib. Görəsən, hadisənin baş verməsinə nə səbəb ola bilərdi: saniyədə küləyin surətinin 40 metrdən çox olması , yoxsa estakadanın qəzalı vəziyyətə düşməsi?
 
Göründüyü kimi, "SOKAR” estakadanın uçmasını  küləyin surətinin yüksək olması ilə əsaslandırıb. Bu isə həm də o deməkdir ki, estakada qəzalı vəziyyətdə olmayıb. Əgər  estakadanın qəzalı vəziyyətdə olması elan olunardısa, bu da haqlı suallar yarada  bilərdi ki, bəs fəhlələr və digər işçi heyəti niyə başqa sahəyə (estakadaya) köçürülməyib? Bu da hamısı deyil. Bilənlər bilir ki, istənilən estakada tikiləndə  və ya əsaslı təmir olunanda Elmi Tədqiqat İnstitutu layihələndirir ,həmin sahəyə baxış keçirir.  Layihələndirmədə estakadanın yükgötürmə qabiliyyəti, o cümlədən qar yükünə , küləyin surətinə hesablanması və digər məsələlər öz əksini tapır. İstənilən  estakada  saniyədə 42 metr küləyin surətinə hesablanır, maksimum istismar müddəti  isə 25-30 il arasında götürülür. Bu müddətdən sonra cari və əsaslı təmir  aparıla bilər, əks təqdirdə qəzalı hesab olunur.
 
Onu da qeyd edək ki, məlum qəzanın  baş verdiyi estakada  1970-80-ci illərə təsadüf edilən hidrotexniki tikintidir,uzunlugu 150 metr olub.
 
Əgər qəza baş verən estakada İstismar müddətindən sonra əsaslı təmir edilibsə, Elmi Tədqiqat İnstitutu demək ki,estakadaya baxış keçirib, dayanıqlığı yoxlanılıb, svayların (svay deyiləndə diametri 60 sm və ya daha böyük  olan  metal boru nəzərdə tutulur) nə dərəcədə  korroziyaya uğraması lahiyə smeta sənədlərində əksini tapıb.Yox, əgər buna ehtiyac duyulmayıbsa  ,demək ki,estakada qəzalı vəziyyətdə olmayıb. Belə olan təqdirdə güclü külək onu necə uçurda bilərdi?
 
Yəni, qəza baş verən estekadanın dayanıqlığını təmin edən svayların korroziyaya uğraması  səbəbindən əsaslı təmir zamanı 24-30 metr uzunuğunda, diametri kiçik metal borular korroziyaya uğramış metal boruların içinə yeridilməklə  relyefdən aslı olaraq dənizin dibində  propka  qatı  nəzərə alınmaqla  vurulur. Daha doğrusu ,dənizin dibinə 60-70 tonluq kran çəkiclə vurulur, bundan sonra sementlənir və sonda svaylar rigelə bərkidilir. Yəni, "ankerovka”olunur.Belə olubsa, qəza müəyyən suallar doğurur, estakada nədən uçsun?
 
Təsəvvür edin,150 metrlik estekadada 8 möhkəm dayanıqlığı olan svay olanda  orta hesabla 5-6 saatlıq çovğun müddətində  tab gətirə  bilir, o cümlədən küləyin saniyədə 42 metr olması belə estakadanı uçurda bilmir.
 
Elə bu və ya digər səbəblərdən belə qənaət hasil olur ki, estakada istənilən səviyyədə dayanıqlı olmayıb. Çünki, dənizdə saniyədə 42 metr külək olmuş olsaydı belə  bu,paytaxt Bakıda da hiss olunardı, müəyyən fəsadlar yaradardı.//turaninfo
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ