Sumqayıtda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
7news.Az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Onlar vətəndaşı sudan çıxarıblar və aidiyyati üzrə təhvil veriblər.
7news.Az








