RU
Dənizdə boğulan gənci belə xilas etməyə çalışdılar, amma..
11:28
1979

Dənizdə boğulan gənci belə xilas etməyə çalışdılar, amma..

Lənkəranda 24 yaşlı  gənc Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub.

7News.az xəbər verir ki, hadisə avqustun 7-də saat 17:30 radələrində qeydə alınıb. Lənkəranın Moloja kəndinin sakini Əlövsət İntiqam oğlu Səttayev Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub.

Boğulan şəxsin meyiti ətrafdakı vətəndaşlar tərəfindən sudan çıxarılıb. Təcili yardım gələnə qədər ətrafda olanlar gəncin həyatını qurtarmaq üçün ilk yardımı göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Boğulan şəxsin cəsədi aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır./milli.az

 

 

 

 

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ