7NEWS.az xəbər verir ki, 250 min ton ağırlığında olan nəhəng gəmi əfsanəvi Titanik gəmisindən 5 dəfə böyükdür. 365 metrlik "Dənizlərin İkonası" 1,5 milyard funta başa gəlib. Şirkətin rəsmi saytındakı qiymətlərə görə, nəhəng gəminin ilk səyahəti olan 7 gecəlik Qərbi Karib turu 3 min 100 dollar, 7 gecəlik Şərqi Karib turu isə 2 min dollara başa gəlir. Digər tərəfdən nəhəng gəminin 6 mühərrikinin mayeləşdirilmiş təbii qazla (LNG) işləmək üçün nəzərdə tutulması ekoloqların reaksiyasını çəkir. Şirkət LNG-nin dizel yanacağından daha ekoloji cəhətdən təmiz olduğunu iddia etsə də, LNG-dən istifadə nəticəsində yaranan metan emissiyalarının qlobal istiləşməyə karbon qazından daha çox təsir etdiyi bildirilir.
7NEWS.az








