Bu gün Türkiyə Böyük Millət Məclisinin plenar iclasında Konstitusiyaya dəyişiklik edilməsi müzakirə edilib.
CHP-li millət vəkili Mustafa Balbay çıxışı zamanı hökuməti tənqid edərək baş nazir Binəli Yıldırıma "Cin Əli” deyib.
Deputatın baş naziri belə adlandırması AK partili millət vəkillərinin sərt reaksiyasına səbəb olub. Daha sonra spiker iclasda fasilə verilməli olub./qafqazinfo
7news.Az








