Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva pandemiya başlağdı ilk günlərdən dövlətin gücünü insanların sağlamlığının, təhlükəsizliyinin təmin olunmasına yönəldib . Məhz bunun nəticəsi olaraq ölkədə vəziyyəti nəzarət altına almaq mümkün olub. Cənab prezident təkcə ölkə daxilində deyil, qlobal pandemiyaya qarşı mübarizədə beynəlxalq aləmin həmrəyliyinin səfərbər edilərək, birgə mübarizə aparması istiqamətində çox ciddi səyləri olub. Dünya bilriyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirir. Bunu kimsə dana bilməz və fəaliyyət, görülən işlər ortadadır. Belə olan halda ölkə daxilində bəzi şəxslər tutduqları vəzifə səalhiyyəti və məqamından isitfadə edərək cənab Prezident və Birinci vitse-prezidentin bu istiqamətdə gecə-gündüz yorulmadan göstərdiyi fəaliyyəti və siyasəti kölgə salan hərəkətlər etməklə məşğuldurlar”.
Bunu "Ölkə.Az” a açıqlamasında millət vəkili İlham Məmmədov deyib. Onun sözlərinə görə, adamda təəssüf doğuran məqam ondan ibarətdir ki, bir çox hallarda ölkə başçısının yürütdüyü siyasətə kölgə salıb, pandemiya ilə bağlı ölkədə tətbiq edilən qaydaları pozanlar ölkədə insanların sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qəbul edilən qanun və qərarların qəbulunda iştirak edib, səs verən, onun icrasını birbaşa həyata keçirən vəzifəli şəxslərin olmasıdır. "Cənab Prezidentin yürütdüyü siyasəti birbaşa icra edən şəxslərin cəmiyyətə nümunə olmaq əvəzinə, onu kobud pozması əslində ölkə başçısıın yürütdüyü siaysətə kölgə salmaqla cəmiyyətdə ikriha hissi oyadır. Səlahiyyət sahiblərinin bu qanunsuz hərəkətləri bir çox hallarda haqlı narazıçılıqlara səbəb olur. Bu günlərdə AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsi, sabiq deputat İlham Əliyevin qızının toy mərasimi də bu qəbildən olan hərəkətlərdəndir. Uzun müddət dövlət başçısının siyasətinin birbaşa icraçısı olan və hazırda elm ocağına rəhbərlik edən Ramiz Mehdiyevin, o cümlədən sabiq deputat İlham Əliyevin bu addımını ancaq və ancaq Prezidentin yürütdüyü siyasətə kölgə salmaq kimi dəyərləndirilməlidir.
Onların belə bir səhvi etməyə haqları yoxdur. Cəmiyyətdə yüksək məqam tutan şəxslərin belə bir hərəkət etməsi bilməyərkdən yox, bilərəkdən ölkə başçısının yürütdüyü siyasətə qarşı getmək deməkdir. Toyda iştirak edən YAP-dan seçilən millət vəkili Siyavuş Novruzov və digər şəxslərin iştirakını çox səhv addım hesab edirəm. Çünki toyda iştirak edən insanların bir qismi zamanında yüksən vəzifədə çalışan insanlar olub və hazırda da müxtəlif elm ocaqlaırnda fəaliyyət göstərirlər. İştirak edənlar arasında hazırda yüksək vəzifə sahibləri də olub. Onların bu hərəkətini ölkə başçısının yürütdüyü siaysətə kölgə salmağa cəhd kimi dəyərləndirirəm. Ona görə də cənab Prezidentin yürütdüyü siyasətə, müəyyən etdiyi fəaliyyət istiqamətlərinə qarşı çıxanlar ciddi cəzalandırılmalıdır. YAP-ın bu məsələdə mövqeyi qətidir və bununla bağlı iradəsi ortadadır.
Hesab edirəm ki, bu şəxslər öz etdiyi qanunsuz əməllərə görə siyasi mədəniyyət nümayiş etdirməli və tutduqları vəzifədən istefa verməlidir. Artıq YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov belə bir addımı atıb. Belə bir anoloji addımı digərləri də atmalıdır. Düşünürəm ki, uzun müddət dövlətdə ən yüksək vəzifə tutan və hazırda Azərbaycanın elm ocağına rəhbərlik edən AMEA Prezidenti Ramiz Mehdiyev də siyasi mədəniyyət nümayiş etdirib, cəmiyyətdən üzr istəyib, anoloji addım atacaq. Əgər belə bir addım atılarsa, o zaman cəmiyyət onların bu hərəkətini anlayışla qarşılayar. Əks təqdirdə onların bu hərəkəti dövlət başçısının yürütdüyü siyasətə kölgə salmaq üçün bilərəkdən atılan addım kimi dəyərləndiriləcək”.
Mürtəza
Ölkə.Az








