Parlamentdə Etika komissiyasının yaradılmasına ehtiyac var.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili hesab edir ki, bəzi məqamlarda bu komissiyanın olmasına ciddi ehtiyac duyulur.
"Bəzən elə məsələlər olur ki, orada mütləq etik məqamların, problemlərin aradan qaldırılmasına ehtiyac yaranır. Eyni zamanda, məmurlarla bağlı belə bir komissiyaya ehtiyac var. Çünki burada xeyli narahatedici məqamlar, etik çərçivəni aşma halları mövcuddur.
Ona görə hesab edirəm ki, parlamentin ayrıca Etika komissiyası olmalıdır”, - deyə T.Kərimli əlavə edib.
7News.Az








