RU
Deputat həmkarını tənqid etdi
12:48
102

Deputat həmkarını tənqid etdi

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev həmkarı Kamal Cəfərov tənqid edib.

Oxu.Az-ın məlumatına əsasən, Q.Həsənquliyevin tənqidinə səbəb K.Cəfərovun dövlət qulluqçusu ilə deputat statusunu eyniləşdirməsi cəhdi olub.

Q.Həsənquliyev qeyd edib:

 

"Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı dövlət qulluqçularının hər 5 ildən bir imtahan verərək sertifikat alması ilə bağlı məsələyə toxundum. Deputat Kamal Cəfərov isə mənə cavabında Milli Məclisin deputatlarının da 5 il müddətinə seçildiyini qeyd etdi”.

Q.Həsənquliyev həmkarını deputatla dövlət qulluqçusunun səlahiyyətlərini ayırd edə bilməməkdə təqsirləndirib:

"Parlament seçkili orqandır, deputatlar xalq tərəfindən seçilirlər və mütəmadi xalq qarşısında hesabat verirlər. Deputatla dövlət qulluqçusunu eyniləşdirmək düzgün yanaşma deyil”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ