RU
Deputat: İqtisadi problemlərə baxmayaraq, sosial sahədə geriyə doğru addım atılmayıb
10:47
501

Deputat: İqtisadi problemlərə baxmayaraq, sosial sahədə geriyə doğru addım atılmayıb

Dünyada baş verən iqtisadi problemlər Azərbaycana təsirsiz ötüşməsə də, ölkədə sosial sahədə geriyə doğru hər hansı addım atılmayıb.

Bunu  Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, iqtisadi çətinliklərə baxmayaraq, nəzərdə tutulan bütün proqramlar, layihələr həyata keçirilib: "Ümidvaram ki, ölkə iqtisadiyyatının şaxələnməsi, inkişafı sosial sahəyə də öz faydasını verəcək. İlk növbədə aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları və əlillər məhz dövlət tərəfindən dəstəyi daha çox almalıdırlar. Bu istiqamətdə də müvafiq proqramlar həyata keçirilməlidir”./trend

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ