RU
`Deputat olmağımı məsləhət bilmədilər`
14:08
737

`Deputat olmağımı məsləhət bilmədilər`

Deputat olmaq barədə düşünmürəm...

Deputat Qalib Salahzadə Həcc ziyarətini parlament seçkilərinə görə yarımçıq qoyub Azərbaycana qayıtması xəbərinə münasibət bildirib. 

Bu barədə açıqlama verən deputat bildirib ki, yayılan xəbərlər şaiyədir.

Q.Salahzadə Həcc ziyarətini yarımçıq qoymadığını, bütün şərtlərə əməl etdiyini vurğulayıb.

`Gördüm burada haqqımda müxtəlif şayiələr yayılır. Bunlara son qoymaq üçün Həcc ziyarətinin bütün əməllərini yerinə yetirib, geri dönmüşəm. Bəyan edirəm ki, heç bir problem yoxdur, partiyanın verdiyi qərara tabeyəm.

Mən partiyamın əsgəriyəm. Partiyam məsləhət bilib ki, deputat olmayım. Deməli olmamalıyam. Mənim partiyam generaldır. İndi əsgər generalın əmrini icra etməməlidir? Ona görə də haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Deputat olmaq barədə isə düşünmürəm`, - deyə Q.Salahzadə vurğulayıb.  /azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ