Kosovo parlamentinin müxalifətdə olan deputatları yenidən iclas zalına gözyaşardıcı qaz atıblar.
7News.az xəbər verir ki, bu dəfə müxalifət partiyaları yenidən seçkilərin keçirilməsini və Kosovanın Serbiya və Çernoqoriya ilə imzaladığı sazişin ləğv edilməsini tələb ediblər.
Qeyd edək ki, müxalifət bu üsulla parlamentin bir neçə sessiyasını pozub. Avropa Birliyi tərəfləri dialoqa çağırıb və sesiyanın gözyaşardıcı qazla pozulmasının yolverilməz olduğunu bildirib.








