RU
Deputat: Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz
11:35
634

Deputat: Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz

"Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin qəbulu ilə bağlı "Normativ hüquqi aktlar  haqqında” Konstitusiya qanuna dəyişiklik nəzərdə tutulur.

7news.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclası komitə sədri Əli Hüseynli deyib.

O, qeyd edib ki, "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi çox mühüm sənəd olduğu üçün o, normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir.

Millət vəkili Qüdrət Həsənquliyev isə normativ hüquqi aktlarla bağlı qanunverciliyə nəzərdə tutulan dəyişiklikiyi ölkə Konstitusiyasına zidd adlandırıb.

O, eyni zamanda bildirib ki, MM-in səlahiyyətləri başqa bir quruma verilə bilməz:

"Burada isə az qala Milli Məclisin səlahiyyətləri başqa qurumlara verilir. Bu, Konstitusiyamıza tam ziddir. Hansısa qurum, özü də beynəlxalq qurum bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul edə bilməz. Amma təklif olunan dəyişikliklə sanki bu hüquq Milli Məclisdən alınıb başqalarına verilir. Biz bunu qəbul edə bilmərik”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ