Meksikada parlament iclası zamanı qadın deputat qızının ölüm xəbərini alıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, göz yaşına boğulan millət vəkilini digər deputatlar təsəlli edib.
Belə ki, deputat Carmen Medel Palmaya parlamentdə olan zaman 22 yaşlı qızı Cruz Medelin ölüm xəbəri verilib. Bu xəbəri eşidən qadın deputat anidən qışqıraraq ağlamağa başlayıb.
İddiaya görə, 22 yaşlı gənc qız getdiyi idman salonunda öldürülüb. Onun bir cinayətkar dəstə tərəfindən rəfiqəsinə bənzədilərək yanlışlıqla öldürüldüyü deyilir.

7News.Az