RU
Deputatımız dünya çempionu olub
10:17
682

Deputatımız dünya çempionu olub

Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında qalib gəlib.


Bu barədə millət vəkili Adil Əliyev özü məlumat verib. 

Deputat bildirib ki, mübarizliyi və çəkini saxlamaq üçün bu yarış vacib idi: "Yarışda bir rəqibim oldu. Rumuniyalı rəqibimə qalib gələrək dünya çempionu oldum. Bundan sonrakı yarışlara hazırlaşacağam”.

Qeyd edək ki, İtaliyada kikboksinq turniri keçirilib. Turnirə 35 professional idmançı qatılıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ