RU
Deputatın 120 min dollarını oğurlanamsı xəbərinə
14:42
367

Deputatın 120 min dollarını oğurlanamsı xəbərinə

Axtarış və istintaq tədbirləri davam etdirilir.

Bəzi kütləvi informasiya vasitələrində paytaxt sakininin evindəki seyfdən oğurlanan pulun Milli Məclisin deputatlarından birinə aid olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, oğurlanan pul mənzilin sahibinə məxsusdur. 

"Hazırda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və bu oğurluğun açılması istiqamətində zəruri əməliyyat axtarış və istintaq tədbirləri davam etdirilir", - deyə şöbə rəisi bildirdi.

Ötən gün Bakının Nərimanov rayonunda mənzildən böyük məbləğdə pul aparıldığı barədə məlumat yayılmışdır. Məlumata görə, paytaxt sakininin evində olan seyfin içərisindəki 120 min dollar oğurlanıb. Oğurlanan pulun sahibinin Milli Məclisin deputatlarından biri olduğu deyilib.

Lakin deputatın adı açıqlanmayıb.

Polisə bu barədə ərizəni A.Əlizadə küçəsində yaşayan 1980-ci il təvəllüdlü Bakı sakini Elmir Mehdiyev yazıb. O, ərizəsində qeyd edib ki, hadisə 25 dekabr-1 fevral rarixləri arasında baş verib və seyf sındırılmayıb, açarla açılıb. /anspress

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ