RU
Deputatın qohumu təqib edilib? - DİN-dən AÇIQLAMA
14:11
132

Deputatın qohumu təqib edilib? - DİN-dən AÇIQLAMA

"Biz heç birimiz dövlətimizə müxalif deyilik və hamımız Ali Baş Komandanın əsgərləriyik".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.

 

Onun sözlərinə görə, özünün etdiyi çıxışlardan sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxlayıb:

"Buna ehtiyac yox idi, onunla nə işləri var", - deyə Tahir Kərimli əlavə edib.

Deputat Qüdrət Həsənquliyev isə Tahir Kərimlinin qohumunun təqib edilməsi ilə bağlı çıxışı ilə bağlı bildirib ki, ümumiyyətlə təqib yolverilməzdir:

"Amma yaxşı olardı ki, Tahir müəllim qohumunun təqib edilməsinə görə Daxili İşlər Nazirliyinə müraciət edərdi".

Məsələ barədə DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, hansısa vətəndaşın deputat Tahir Kərimlinin qohumu olduğu üçün saxlanılması ilə bağlı DİN-də məlumat yoxdur:

"Bu iddiaların təfərrüatından məlumatsız olduğumuz üçün konkret cavab verə bilmirəm. Bilinmir ki, kimdən, nədən bəhs edilir".


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ