""Məktəbəqədər təhsil haqqında” qanun layihəsi Elm və təhsil komitəsində oktyabr ayında ilkin müzakirəyə çıxarılacaq”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. O qeyd edib ki, mart ayından etibarən qanun layihəsi ilə bağlı işlərə başlanılıb, müzkairələr aparılıb, təkliflər toplanıb.
"Qanun layihəsinin ilkin variantı hazırdır və komitədə oktyabr ayında müzakirə olunacaq. Burada bağçalarla bağlı bir çox məqamlar, onların növləri, funksiyaları, tənzimlənməsi, məktəbəqədərtəhsil müəssisəsi əməkdaşlarının hüquqları, vəzifələri, beynəlxalq əlaqələri, qida məsələləri və s. əksini tapıb”.
İsa Həbibbəyli qanun layihəsinin müzakirəsi zamanı bağçaların Təhsil Nazirliyinə qaytarılması ilə bağlı deputatlar arasında fikir ayrılığının yarandığını qeyd edib.
"Məktəbəqədər təhsil müəssisələrinin hansı icra hakimiyyəti orqanının tabeliyində fəaliyyət göstərməsi məsələsi qanun predmeti deyil. Bu yaxınlarda layihə komitədə müzakirə olunarkən deputatlardan bir qismi təhsil müəssisəsi olduğu üçün bağçaların Təhsil Nazirliyinə verilməsini məqsədəuyğun hesab ediblər. İkinci qrup deputatlar isə bağçaların müvafiq sərəncamla icra qurumuna verilməsi fikrindədirlər. Biz də o fikirdəyik, hər iki tərəf haqlıdır. Bağçalar həqiqətən təhsil müəssisəsidir, amma bağçaların hansı icra hakimiyyətinin tərkibində fəaliyyət göstərməsi qanunun predmeti deyil. Bu yalnız mərkəzi icra hakimiyyəti orqanı başçısı, ölkə başçısının sərəncamı ilə müəyyən edilir. Qanun layihəsi hazırlanərakən media, cəmiyyətdən müxtəlif fikirlər eşitdik və komitəyə valideynlər, müstəqil ekspertlər tərəfindən müraciətlər olundu. Əhalinin mütləq çoxu məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tərkibində olmasını istəyir. İctimai rəy bu fikirdədir. Lakin biz buna qanunun predmeti kimi baxmırıq”./azvision.az
7News.Az








